Popoviç nizam-intizam qaydalarını pozdu
Son dövrlər uğursuz nəticələri ilə yadda qalan "Sumqayıt"da klub rəhbərliyi iki futbolçunu əvəzedici heyətə göndərib.
Sportal.az-a daxil olan məlumata görə, millimizin üzvü Andrey Popoviç nizam-intizam qaydalarını pozduğuna görə, 21 yaşlılardan ibarət milli komandanın üzvü Orxan Əliyev isə istənilən oyunu göstərmədiyinə görə əvəzedici heyətə göndərilib. Futbolçuların nə qədər müddətliyinə əsas heyətdən uzaqlaşdırıldığı məlum deyil. Xəbəri mətbuat xidmətindən də təsdiqləyiblər.
Bir müddət öncə də, hücumçu Pərdis Fərcad Azad da əvəzedici heyətə göndərildi.
saytlarin hazirlanmasi