Nurlan Novruzov: "Kimlərsə mənim arxamca danışa bilər, amma üzdə oğlum deyib görüşürlər"

20:00 - 15 Aprel 2015

"Mətbuatdan səhv tutmaq isə mənim üçün ayıb olar"
 
Bu gün Klublar Komitəsinin iclasından sonra Yaşar Seyidov jurnalistlərə açıqlamasında " Bu günə qədər Şəhidlər Xiyabanına getməyən adamdan nə gözləyirsən? Həmin adam bir neçə müddət öncə açıqlama verdi ki, “Bakı”da futbolçulara qul kimi baxırlar. 10 gündən sonra isə başqa söz dedi. İnsan xarakterli və əqidəli olmalıdı" ifadəsini işlədərək çempionatın bombardiri Nurlan Novruzova "ilişib".
 
Bombardir bu açıqlamaya cavabını Sportal.az-a danışarkən bildirib:
 
"Kimlərsə mənim haqda mətbuata məndən danışır, amma xəbərləri yoxdu ki, məhz Şəhidlər Xiyabanında həmin insanlarla birlikdə olmuşam. Bir neçə dəfə "Bakı" klubu olaraq şəhidlərimizin abidəsini ziyarət etmişik. Mənim haqda mətbuatda səhv məlumat yayıla bilər, bu da normaldı. Mətbuatdan səhv tutmaq isə mənim üçün ayıb olar".
 
Bombardir açıqlamasını bu fikirlərlə tamamlayıb:
 
"Kimlərsə mənim arxamca danışa bilər, amma üzdə oğlum deyib görüşürlər".

Xəbər xətti