Amit Quluzadə oynamadı, komandası bir xalla kifayətləndi

01:01 - 16 Aprel 2015

Futbolçumuz sona qədər ehtiyyat skamyasında
 
Portuqaliya ikinci liqasında 39-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
 
Lissabon təmsilçisi doğma meydanda "Uniao da Madeyra" ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Amit görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Atletiko" hazırda 36 xalla 22-ci pillədə qərarlaşıb.

Xəbər xətti