Erat 90 dəqiqə oynadı, komandası məğlub oldu

12:30 - 18 Aprel 2015

29-cu turun matçı

 

Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Matç "İnqolştadt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz isə 45-ci dəqiqədə sarı vərəqə alaraq cəzalandırılsa da, qarşılaşmanı əvəzedilmədən keçirib. 

 

Qeyd edək ki, "Fortuna" 40 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti