Məlikov 90 dəqiqə oynadı, komandası məğlub oldu

18:38 - 18 Aprel 2015

Həmyerlimizin komandası son dəqiqələrdə 2 qol buraxdı
 
Türkiyə PTT I liqasında XXⅦI turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, tur çərçivəsində millimizin sabiq üzvü Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da növbəti matçına çıxıb. Dənizli təmsilçisi səfərdə "Elazığspor"un qonağı olub. 83-cü dəqiqəyə qədər hesabda irəlidə olan "Dənizlispor" son dəqiqələrdə 2 qol buraxmaqla oyunu məğlub tərk edib. Rail oyuna start heyətində çıxmaqla 90 dəqiqə mübarizə aparıb.
 
Qeyd edək ki, "Dənizlispor" 28 turdan sonra 31 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti