Ruslan Qurbanov oynadı, "Hayduk" məğlub oldu

00:27 - 19 Aprel 2015

Futbolçumuz "fərqləndi"
 
Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
 
Split təmsilçisi doğma meydanda "Riyeka" ilə qarşılaşıb. Matçda hesabı meydan sahibləri açıblar. Ruslan görüşün 72-ci dəqiqəsində meydana çıxıb. Komandası isə 80 və 82-ci dəqiqələrdə buraxdığı qollarla meydanı məğlub tərk edib. Qurbanov 90+1-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
 
Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti