Mövsümün sonuna qədər razılıq əldə olunub
Türkiyə I divizionunda mübarizə aparan "Elazığspor" klubuna yeni baş məşqçi təyin olunub.
Sportal.az xəbər verir ki, Ümit Özatın istefasından sonra baş məşqçi vəzifəsinə Bayram Bektaş gətirilib.
Vaxtilə "Beşiktaş"ın kapitanı olmuş 41 yaşlı mütəxəssislə mövsümün sonuna qədər razılıq əldə olunub.
Qeyd edək ki, icarə əsasında "Elazığspor"da çıxış edən "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev sabiq baş məşqçi Ümit Özatın təqdimatı ilə əsas komandadan uzaqlaşdırılmışdı.
saytlarin hazirlanmasi