Xeyriyyə matçı
BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində yoxsulluqla mübarizə məqsədilə 12-ci dəfə xeyriyyə matçı keçirilib.
Sportal.az xəbər verir ki, UNDP Ulduzlar komandası ilə Fransanın "Sent-Etyen" klubunun ulduzları qarşılaşıb. Matç "Sent-Etyen"in 9:7 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo və Pyer-Emerik Obameyanq het-trikə imza atdığı oyunda Battlis və Mollo "dubl" edib. Trezege, Zeedorf, Corkayeff, Okoça, Aleks və Feynduno isə hərəyə bir dəfə rəqib qapısına yol tapa biliblər.
UNDP Ulduzlar: Fabyen Bartez, Erik Abidal, Canluka Zambrotta, Frank de Bur, Kristian Karambö, Zinəddin Zidan, Ronaldo, Edvin van der Sar, Kafu, Ronald de Bur, Karel Poborski, Klarens Zeedorf, Yuri Corkayeff, David Trezege, Auqustin Okoça, Vladimir Şmitser, Luis Saha
"Sent Etyen": Jeremi Janot, Zuma, Tavlaridis, Kvarme, Brison, Sable, Batllis, Moravcik, Mollo, Pedron, Aleks, Peres, Feyndouno, Potillon, Aubameyanq, Qradel, NQuemo, Moulin, Roçeteau, Paqanelli, Tabanou, Klerk, Kornye, Kristof Qaltye, Mövlüt Erdinç
saytlarin hazirlanmasi