Millimizin qapıçısından üzücü xəbər: bir barmağı qırılıb, biri isə...

16:57 - 27 Aprel 2015

Son durumu açıqlandı

 

Ötən gün PTT 1-ci liqanın XXIX turu çərçivəsində "Osmanlıspor"un qonağı olan "Kayserispor"un heyətində son dəqiqədə dəyişiklik edildi. Belə ki, oyundan əvvəl isinmə hərəkətləri edərkən zədə alan Kamran Ağayev son anda heyətdən kənarlaşdırıldı.

 

Sportal.az xəbər verir ki, "Kayserispor"un rəsmi "Facebook" səhifəsi millimizin qapıçısının vəziyyətini açıqlayaraq onun sol əlinin 4 və 5-ci barmağından zədələndiyini, son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcəyini elan etmişdi.

 

Artıq Kamranın durumuna aydınlıq gəlib. Məlum olub ki, millimizin qapıçısının bir barmağı qırılıb, biri isə çıхıb. Qolkiperin nə vaхt sağalacağı məlum deyil. (Aut.az)

Xəbər xətti