"Futbolda istefa verib getmək kişilik əlamətidir"
"Xəzər TV"-də yayımlanan "Futbol saatı" verilişin qonağı Böyükağa Hacıyev olub.
Sportal.az xəbər verir ki, mütəxəssis "Neftçi" haqda bir neçə nüanslara aydınlıq gətirib:
"Futbolu yorğan altında gizlətmək olmaz. Futbolçuya ən düzgün qiymət verən onun azarkeşidir. Açığı desək, "Neftçi" əvvəlki gücündə deyil. İki il əvvəl əlimdə 13-14 futbolçu var idi və 3 cəbhədə vuruşurduq. Elə olurdu, futbolçulara nəzəri məşğələlər salırdım və hər şeyi xırdalıyırdım. Komandada mən gedənə kimi hər şey yaxşı idi, Sadıq Sadıqov da gedənə kimi yaxşı idi. Bunlardan sonra komanda əvvəlki oyununu saxlayacaqdı? Futbolda istefa verib getmək kişilik əlamətidir. Gözləmək lazım deyil ki. səni qovsunlar.
"Neftçi"yə gələndə mənə dedilər, komandanın oyun stilini nə qədər müddətə dəyişə bilərsən? mən də 3 ay vaxt istədim, artıq bir aydan sonra komanda başqa oyun oynadı. Futbol fəlsəfəmdə bir şey var ki. futbolçulara azadlıq verirdim. Futbolçu robot deyil, proqramı yaz qoy peysərinə o da qaçsın. Erik Ramos kimi "opornı" Azərbaycanda yoxdu, amma onu oynatmaq lazımdır. Futbolda təsadüf bir, iki dəfə olur. Əgər ardıcıl uğurlar qazanırsansa, deməli işini düzgün qurmusan".
saytlarin hazirlanmasi