Skolari DÇ-2014-də medalsız qaladıqlarına üzülür
DÇ-2014-də Braziliya millisinin uöursuz çıxışını sabiq baş məşqçisi Luis Felipe Skolari özündə axtarmayıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin yığmasını sonunucu dünya çempionu etdiyini deyib:
“Mənim başçlığım altında komanda yarımfinala qədər irəlilədi. Almaniya yığmasına böyük hesabla uduzacağımızı gözləmirdim. Bu, məşqçilik karyeramda mənə böyük zərbə idi. Həmin məğlubiyyətdən sonra 3-cü yer uğrunda oyunda Hollandiya yığmasına da uduzduq.
Mükafatçılar sırasında yer almamağımıza görə üzülürəm. Çünki ev sahibi olaraq Braziliya yığması mundialda medalsız qaldı. Ancaq sonuncu dəfə yığma komanda dünya çempionluğunu mənim vaxtımda qazanıb. Ona görə də məni ləkələmək istəyənlər bilməlidirlər ki, vicdanım təmizdir”.
saytlarin hazirlanmasi