PSJ-nin sabiq baş məşqçisi Qvineya millisində

01:40 - 29 Aprel 2015

Luis Fernandes özünü iş yeri tapdı
 
PSJ klubunun sabiq baş məşqçisi Luis Fernandes özünə yeni iş yeri tapıb.
 
Sportal.az xəbər verir ki, fransalı mütəxəssis Qvineya milli komandasına baş məşqçi təyin olunub.
 
Mişel Dussyenin baş məşqçi postundan gedişindən sonra mütəxəssis axtarışında olan qvineyalılar təcrübəli çalışdırıcıyla razılığa gəliblər. Fransanın “Kann”, PSJ, İspaniyanın “Atletik” və “Espanyol” komandalarını çalışdıran Luis Fernandesin sonuncu iş yeri İsrail yığması olub.  

Xəbər xətti