"Neftçi"də yerli futbolçuların maaşları azaldılacaq ÖZƏL

14:10 - 29 Aprel 2015

Onların bu şərtlə razılaşıb-razılaşmayacağı bilinmir

 

Son illərin “Neftçi”si futbol klubundan daha çox bir-birinə əks mövqedə duran tərəflərin siyasi savaş meydanına bənzəyirdi. “Neftçi” uğrunda gedən müharibədə kimin qalib gələcəyini hamı mərak edirdi. Saray oyunlarının iştirakçılarına çevrilən futbolçular üçün də bu dönəm daha çox qara rəngə çalırdı. Hamı düşünürdü ki, bu ağ gün nə qədər uzaqdadır...  

 

Nəhayət, bir neçə ay əvvəl müharibə sona çatdı və hakimiyyətə şura höküməti gəldi. Bu dəyişikliyin klubun inkişafı üçün nə qədər xeyirli olacağını indidən söyləmək olmasa da, yeni rəhbərliyin islahatlara əl atacağı şübhəsizdir.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, növbəti mövsümdən “Neftçi”də yerli futbolçuların maaşları 50 faiz azaldılacaq. Buna səbəb kimi növbəti ildən büdcənin böyük olmayacağı göstərilir.

 

Lakin aparıcı futbolçuların bu şərtlə razılaşıb-razılaşmayacağı bilinmir. Belədə, onların çoxunun “Neftçi”ni tərk edəcəyini də gözləmək olar.  

Xəbər xətti