"Neftçi" legionerlərlə bağlı qərar çıxardı ÖZƏL

22:15 - 29 Aprel 2015

Rəhbərlik bu pulu ödəməyəcək

 

Son zamanlar “Neftçi” ilə bağlı xəbərlər bir-birini əvəzləməkdədir. Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bu dəfə də “Neftçi”də legionerlərlə bağlı bir məsələdə qərar verilib.

 

Məsələ burasındadır ki, indiyə qədər komandanın legionerləri üçün qaldıqları evlərin kirayə pulları klub tərəfindən ödənilib. Lakin son 3 aydır ki, bu ödənişlər edilmirdi.

 

Klub daxilində bu məsələ yenidən müzakirəyə çıxarılıb və qərara alınıb ki, daha legionerlərin kirayə qaldıqları evin pulunu klub yox, özləri versinlər.

 

Yeri gəlmişkən, bizdə olan məlumata görə, mövsümün sonunda bütün legionerlər “Neftçi”dən uzaqlaşdırılıacaqlar. 

 

Xəbər xətti