Komandada maaşlar verilmir
"Simurq"da may ayının sonlarına qədər maaşların verilməyəcəyi bağlı özəl olaraq informasiya vermişdik. Bəs klub rəhbərliyi neçə aydır ki, futbolçulara maaş vermir?
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, hazırda klub rəhbərliyi futbolçulara mart və aprel ayının maaşları ödənməyib. Ehtimala görə, qarşıdakı may ayının maaşları da ödənilməyəcək. Digər bir məlumata görə, komanda ilə müqaviləsi uzunmüddətli olan futbolçular UEFA-ya şikayət edərək sərbəst statuslu futbolçu adını alacaq.
Qeyd edək ki, komandanın büdcəsi növbəti mövsüm üçün xeyli azaldılacaq.
saytlarin hazirlanmasi