Futbolçumuz karyerasını bitirmək istəyir
Millimizin futbolçusu Mahir Şükürov daha bir il futbolçu karyerasını davam etdirmək istəyir.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Karşıyaka"dan ayrılan futbolçu hazırda növbəti mövsüm üçün artıq təklifləri dəyərləndirməyə başlayıb. Futbolçuya artıq Türkiyə PTT I Liqa komandalarından bir neçə təklif gəlib. Şükürov növbəti mövsümü Türkiyədə keçirib futbolçu karyerasını başa vurmaq istəyir. Bundan sonra onun məşqçilik lisenziyası almaq üçün kurslarına yazılacağı barədə də məlumat əldə etmişik.
saytlarin hazirlanmasi