"Hədəfim isə ən azı 16 qol vurmaqdır"
"Sabah bizi çətin oyun gözləyir. Düzdür, komandada maliyyə problemləri hələ də davam edir. Ancaq bizə deyilib ki, may ayının 5-nə qədər aprel ayının maaşlarını alacıq. "Xəzər Lənkəran"la oyunda komanda olaraq meydana çıxıb əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Hətta dünən azarkeşlər sosial şəbəkələrdə sırf bu oyunda bizdən qələbə istəyirlər, ən azından onları sevindirmək üçün meydanda olacağıq".
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın hücumçusu və Premyer Liqanın bombardiri Nurlan Novruzov bildirib. Hücumçu mövsümün sonuna qədər bombardirlik siyahısında liderliyi qoruyub saxlamaq üçün əlindən gələni edəcəyini də bildirib:
"Əlbəttə, mövsümü bombardir kimi bitirmək üçün əlimdən gələn hər şeyi edəcəm. Bu mövsüm bütün çətinliklərə rəğmən, 13 qol vurdum. Hədəfim isə ən azı 16 qol vurmaqdır. Bir də diqqət etsəniz, sonuncu dəfə yerli futbolçunun 5 il əvvəl bombardir olduğunu görərsiniz. İnşallah, 5 ildən sonra yerli futbolçu kimi bombardir olacam. Digər maraqlı məqam isə, komanda sonuncu pillədə olmasına baxmayaraq, hücumçusu bombardirdir. Əslində, bunun özü bir tarixdir".
saytlarin hazirlanmasi