Baş məşqçi azarkeşlərdən üzr istədi
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Arif Əsədov qarşılaşma haqda fikirlərini bildirib:
"İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. “Neftçi” “Sumqayıt”ı məğlub etməlidir. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb. “Sumqayıt”ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Oyunçular “Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidirlər
saytlarin hazirlanmasi