Rauf Əliyev: "Prosineçkinin qərarlarına şərh vermək istəmirəm"

01:50 - 2 May 2015

“Daha çox oynasam, hər şey yoluna düşəcək”
 
“Birinci hissədə oyunumuz istənilən kimi alınmadı. Ona görə də fasiləyə məğlub durumda yollandıq. Meydanda azlıqda qalmağımıza baxmayaraq, ikinci hissədə  sona qədər  mübarizə apardıq. Bu oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Lakin əziyyət elə alındı ki, bir xal qazandıq”.

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Rauf Əliyev “Sumqayıt”la oyundan sonra deyib.
 
Millii komandamızın hücumçusu “Neftçi”dəki uğursuz çıxışına belə münasibət bildirib: “Bir aya yaxındır ki, oynamırdım. Hardasa oyun praktikasından əziyyət çəkirəm. “Neftçi”yə gələndən sonra şanssızlıq yaşadım. Ondan sonra da uğursuzluq ard-arda gəldi. Daha çox oynasam, hər şey yoluna düşəcək”.

Rauf Əliev millidən kənarda qalmasına da toxunub: “Prosineçkinin qərarlarına şərh vermək istəmirəm. Çalışacam ki, daha yaxşı oynayıb forma yığım. Ondan sonra kim nə deyirsə, desin”. 

Xəbər xətti