"Mənə isə ona toxunmaq qalırdı"
"Sumqayıt" öz oyun üslubuna görə xoşagəlməz komandalardan hesab oluna bilər. Onlar döyüşkəndirlər və əvvəldən sonadək mübarizə aparırlar. Ağır oyun olacağını bilirdik. Elə də oldu. Biz qələbəyə köklənmişdik. Təbii ki, heç-heçə bizi qane etmədi. Kanales meydandan qovulmasaydı, hər şey bizim üçün daha yaxşı nəticələnə bilərdi".
Bu sözləri Sportal.az-a açıqlamasında dünən "Sumqayıt"la matçda bərabərlik qoluna imza atan "Neftçi"nin gənc futbolçusu Samir Məsimov bildirib. O. vurduğu gözəl qola da münasibət bildirib:
"Vobay ötürmə etdi, mənə isə ona toxunmaq qalırdı. Nəticədə, hədəfə düşə bildim"
Gənc futbolçu kubokun finalında qarşılaşacaqları "Qarabağ"la matç haqda da danışıb:
"Neftçi" həmişə çempionluğa oynayıb. İstər-istəməz, bu mövsüm çempionluqdan uzaq qalmağımız bizə təsir etdi. Amma biz Azərbaycan kubokunun finalına vəsiqə qazanmışıq. Həmin oyuna tam fərqli istəklə çıxacağıq. "Sumqayıt" "Qarabağ" deyil. Həmin oyunda tam fərqli futbol sərgiləyəcəyik"
saytlarin hazirlanmasi