Futbolçumuzun komandası məğlub oldu
Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisi səfərdə "Qroyter Fyurt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul qarşılaşmanın 78-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Fortuna" hazırda 41 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi