Robbi Kin çempionatın səviyyəsindən danışdı
“Los-Ançeles Qalaksi” klubunun hücumçusu Robbi Kin ABŞ çempionatında mübarizə aparmağın çətin olmasından söhbət açıb.
Sportal.az xəbər verir ki, irlandiyalı forvard Avropanın top klublarındən gələn futbolçuların ABŞ çempionatını zəif hesab etməsinə belə münasibət bildirib:
“Avropadan gələn futbolçular ABŞ-da oynamağın asan olduğunu güman edirlər. Bəzi futbolçular elə bilirlər ki, ABŞ-a istirahət etməyə gəlirlər. Lakin mövsümün gedişində hec də asan olmadığını görürlər. Burada mübarizə aparmaq daha çətindir, nəinki Avropanın aparıcı futbol ölkələrində oynamaq”.
saytlarin hazirlanmasi