Məhərrəmov "Adanaspor"da son oyununa çıxdı

00:18 - 24 May 2015

Futbolçumuz üçün 90 dəqiqə
 
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Karşıyaka" ilə qarşılaşıb. İzmir klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid isə bu oyunda 90 dəqiqə meydanda olub.Futbolçu saytımıza verdiyi açıqlamada bu qarşılaşmadan sonra komandadan ayrılacağını bildirmişdi.
 
Qeyd edək ki, Məhərrəmovun komandası son oyundakı məğlubiyyətə baxmayaraq, mövsümü 39 xalla 14-cü pillədə başa vurub.

Xəbər xətti