Futbolçumuz ehtiyat skamyasında
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Girəsunspor"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Subaşiç mövsümün son oyununu ehtiyat oyunçular skamyasından izləməli olub.
Qeyd edək ki, Subaşiçin komandası mövsümü 33 xalla 16-cı pillədə başa vurub və aşağı liqaya yuvarlanmaq məcburiyyətində qalıb.
saytlarin hazirlanmasi