Xəstəxanada həyatını itirdi
Aregntina ikinci liqasında keçirilən "Boka Unidos" - "Atletiko Parana" matçında bədbəxt hadisə baş verib.
Sportal.az xəbər verir ki, qonaqların heyətində çıxış edən 27 yaşlı müdafiəçi Kristian Qomes oyunun gedişatında huşunu itirərək anidən yerə yıxılıb. Dərhal xəstəxanaya aparılan futbolçuya tibbi yardım göstərilsə də, həyatını qurtarmaq mümkün olmayıb.
Qeyd edək ki, bədbəxt hadisə ilə əlaqədar Argentinada növbəti turun oyunları təxirə salınıb.
saytlarin hazirlanmasi