Mişel Platini: “FİFA-dakı bu dəyişiklik qurumun xeyrinə olacaq"
UEFA-nın prezidenti Mişel Platini FİFA-ya prezident seçkilərində İordaniya şahzadəsi Əli bin Əl-Hüseynə dəstək olacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun prezidenti FİFA rəhbərliyində dəyişikliyə ehtiyac duyulduğunu deyib:
"Prezident seçkilərində Əli bin Əl-Hüseyni dəstəkləyəcəm. Blatter prezidentlik vəzifəsindən getməlidir. FİFA-dakı bu dəyişiklik qurumun xeyrinə olacaq".
Qeyd dək ki, prezident seçkisi mayın 29-u keçiriləcək. FİFA prezidentliyinə namizədlər Yozef Blatter və İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyndir.
saytlarin hazirlanmasi