Priney təmsilçisi finala vəsiqə qazandı
	 
	21 yaşlılar arasında AÇ-2015 final mərhələsində yarımfinal qarşılaşmaları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, ilk cütlükdə Portuqaliya və Almaniya yığmaları üz-üzə gəlib.
	 
	Fasiləyə qədər 3 qol vuran portuqaliyalılar ikinci hissədə rəqibin qapısından daha iki top keçirib. Almaniya millisinə 5:0 hesabı ilə qalib gələn portuqaliyalılar qitə çempionatının finalına vəsiqə qazanıb.  
	 
	 
	Portuqaliya – Almaniya  5:0
	Qollar: Bernardu Silva, 25, Rikardu Pereyra, 33, İvan Kavaleyru, 45+1, Joau Mariu, 46, Orta, 71
	 
	 
	 
	
	 
                      
saytlarin hazirlanmasi