Qonsales komandasını xilas etdi 
	 
	Çilidə keçirilən Amerika kubokunda 1/4 final mərhələsi oyunlarına yekun vurulub.
	 
	Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin son duelində Braziliya və Paraqvay yığmaları qarşılaşıb.
	 
	Oyuna fəal başlayan beşqat dünya çempionları 15-ci dəqiqədə Robinyonun qoluyla hesabda önə keçiblər. Fasiləyə minimal üstünlüklə yollanan “sambaçılar” sonda qələbəni əldən veriblər. Belə ki, 72-ci dəqiqədə Qonsales penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. 
	 
	Əsas vaxt heç-heçə başa çatdığı üçün qalib penalti seriyalarında bəlli olub. Penalti zərbələrini daha dəqiq yerinə yerinə yetirən Paraqvay yığması Braziliyaya 4:3 hesabı ilə qalib gəlib. Bununla da Braziliya millisi yarımfinaldan kənarda qalıb.       
	 
	 
	Braziliya – Paraqvay  1:1 (penaltilərlə 3:4)
	Qollar: Robinyo, 15 - Qonsales,  72-pen.
	 
	
                      
saytlarin hazirlanmasi