Amerika Kubokunda braziliyalı futbolçular virusa yoluxub

01:56 - 29 İyun 2015

“Futbolçuların əksəriyyəti baş ağrıları və ürək bulanmasından əziyyət çəkirdi”  
 
Amerika Kubkunun 1/4 final mərhələsində Paraqvaya penaltilərdə 4:3 hesabı ilə məğlubiyyətdən sonra Braziliya millisinin baş məşqçisi Karlos Dunqa maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis həlledici qarşılaşmadan əvvəl komandanın 15 futbolçusu virusa yoluxub.
 
Belədə 51 yaşlı çalışdırıcı millinin üzvlərini Praqvay yığması ilə oyuna istənilən kimi hazırlaşdıra bilməyib:
 
“İstəmirəm ki, bunu məğlubiyyətə səbəb olaraq göstərim. Paraqvayla oyundan əvvəl yığma komandanın 15 oyunçusu virusa yoluxdu. Futbolçuların əksəriyyəti baş ağrıları və ürək bulanmasından əziyyət çəkirdi. Onları istənilən kimi oyuna hazırlaya bilmədik.
 
Futbolçuların özünə gəlməsi üçün istirahət verdik. Fiziki baxımdan da onlar oyuna tam güclərini qoya bilmədilər. Ola bilsin ki, çoxları buna görə məni qınasın. Məğlub olduğumuza görə özümü müdafiə etmək fikrində deyiləm. Braziliya yığmasının məğlubiyyətinə görə mən cavabdehlik daşıyıram”.        

Xəbər xətti