Portuqaliya finalda məğlubiyyətə uğradı
Çex Respublikasında keçirilən 21 yaşılıların Avropa çempionatının final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, finalda İsveç və Portuqaliya milli komandaları üz-üzə gəlib.
Oyunun əsas və əlavə vaxtında hesab açılmadığından qalib penaltilər seriyasında müəyyən olunub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən isveçlilər tarixində ilk dəfə Avropa çempionu titulunu qazanıblar. Portuqaliya yığması isə ikinci dəfədir ki, finalda məğlubiyyətə uğrayır. Belə ki, 1992-ci ildə portuqaliyalılar finala qədər irəliləsələr də, həlledici qarşlaşmada yeniliblər.
Final
İsveç (U-21) - Portuqaliya (U-21) 0:0 (penaltilər seriyası 4:3)
saytlarin hazirlanmasi