Argentina darmadağınla finala çıxdı VİDEO

10:26 - 1 İyul 2015

Finalda Çili ilə qarşılaşacaq

 

Çilidə keçirilən Amerika Kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, səhər saatlarında keçirilən Argentina – Paraqvay oyununda qələbə qazanan birincilər adını finala yazdırıb. İlk yarı nisbətən bərabər səviyyədə keçsə də, fasilədən sonra Argentina rəqibini darmadağın edib. Nəticədə matç 6:1 hesabıyla başa çatıb. 

 

Qeyd edək ki, Argentina finalda Çili ilə mübarizə aparacaqsa, Peru və Paraqvay bürünc medallar uğrunda yarışacaq. 3-cü yer uğrunda oyun iyunun 4-ü  Bakı vaxtıyla saat 04:30-da keçiriləcək. Elə həmin gün gecəyarısından 1 saat keçmiş (01:00) qızıl medalların taleyinə aydınlıq gətirəcək son oyun olacaq.
 

 

1/2 final 

Argentina – Paraqvay 6:1

Roxo, 15. Pastore, 27. Di Mariya, 47; 53. Aquero, 80. İquayn, 83 – Barrios, 43.

 

 

Xəbər xətti