Həkimlər Qoran Qoqiçi xilas edə bilmədi
Çinin “Çindao Hayno” klubunda çıxış edən Qoran Qoqiç dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun məşqdən sonra özünü pis hiss edib.
Avtobusda serbiyalı futbolçunun səhhətinin yaxşı olmadığını görən klub rəsmiləri onu dərhal xəstəxanaya çatdırıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, Qoran Qoqiçi həyata qaytarmaq mümkün olmayıb.
Qeyd edək ki, 2014-cü ildə Serbiya “Srvena Zvezda”sının heyətində çempion adını qazanan futbolçu bu ilin əvvəlində Çin təmsilçisinə transfer olunub.
saytlarin hazirlanmasi