“Mənə görə dünyanın ən güclü baş məşqçisi Jorj Jesusdur”
“Porto”nun futbolçusu Rikardo Kurejma sabiq çalışdırıcısı Joze Mourinyonu dünyanın ən yaxşı baş məşqçisi hesab etmir.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Portuqaliya mətbuatına açıqlamasında həmyerlisinə söz atıb.
Portiqaliya millisinin üzvü məşqçilər arasında ən gcülü Jorj Jesusu görür:
“Mourinyo fantastik məşqçidi, ancaq dünyanın ən yaxşısı deyil. Mənə görə dünyanın ən güclü baş məşqçisi Jorj Jesusdur. Ola bilər ki, çoxları məni buna görə qınasın. Əgər güclü bir məşqçiyə sahib deyilsinizsə, yaxşı komandanız da ola bilməz. Jesusun çox yaxşı taktiki biliyi var. Onun "Benfika"dan sonra İngiltərə, İspaniya və ya İtaliyaya gedəcəyini düşünürdüm. Amma o, “Sportiq”i seçdi”.
saytlarin hazirlanmasi