Ev sahibləri penaltilərdə Argentinanı üstələdi
Amerika kubokunda turnirin qalibinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, final matçında Çili və Argentina yığmaları qarşılaşıb.
Çili doğma azarkeşləri önündə turnirin fəxri kubokuna sahib olub. Belə ki, əsas əlavə vaxtın qolsuz başa çatandan sonra qalib penaltilər seriyasında müəyyən olunub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən çili futbolçuları 4:1 hesabı ilə qalib gələrək kuboka yiyələniblər.
Qeyd edək ki, dünən Peru yığması Paraqvayı 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medallarına sahib olub.
4 iyul
Amerika kuboku final
01:00. Çili - Argentina - 0:0 (Penaltilər seriyası 4:1)
.
saytlarin hazirlanmasi