Yunis Hüseynov: "Sanki, hakim meydançada özünü itirmişdi"

19:00 - 28 Noyabr 2015

"Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi"

 

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edən "Zirə" 1:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bunları qeyd edib:

 

“Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim. Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.

Xəbər xətti