İşıqlar söndü
Premyer Liqanın 14-cü turunun matçında "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edir.
Sportal.az xəbər verir ki, hazırda davam edən matçın fasiləsində maraqlı hadisə yaşanıb. Belə ki, qarşılaşmanın keçirildiyi "Baksel Arena"da işıqlar sönüb. Stadion zülmətə qərq olub. Buna görə 2-ci hissə 5 dəqiqə gec başlayıb. Artıq problem aradan qaldırılıb və matç davam edir.
Qeyd edək ki, ilk hissədən sonra "Neftçi" - "Qarabağ" matçında hesab açılmayıb.
saytlarin hazirlanmasi