1 il 6 aylıq müqavilə
“Neftçi” Azərbaycan yığma komandasının üzvü Elşən Rzazadə ilə müqavilə bağlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Xəzər Lənkəran"dan ayrılan yarımmüdafiəçi növbəti 1 il 6 ay müddətində "Neftçi"nin formasını geyinəcək.
Qeyd edək ki, Elşən Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.