Vəli Qasımov: "Məğlubiyyətə layiq deyildik"

20:17 - 19 Mart 2016

"Müəyyən tədbir görəcəyik"

 

Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Neftçi"nin qonağı olan "Kəpəz" 3:2 hesablı qələbə qazanıb:

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Vəli Qasımov bunları qeyd edib:

 

- "Neftçi”nin qələbəsini nə vaxt görəcəyik?

-Bu gün qələbə qazana bilərdik. Amma alınmadı. Bu gün çox yaxşı oynasaq da bəxtimiz gətirmədi. "Kəpəz”i təbrik edirəm. Amma, məğlubiyyətə layiq deyildik.
 
- Aylton səhv etdiyi hər oyunda meydanda olur. Onu ehtiyatda saxlaya bilmirsiniz?
 -Bu barədə danışmaq istəmirəm. Sadəcə, komandada o mövqeyə ən ideal futbolçu odur. 
 
- Məhəmməd Qurbanovu əvəzləmək istəsəniz də fikrinizdən vaz keçdiniz. Məhz həmin anda Məhəmməd etiraz etdi. Bunun səbəbi nədir?
- Mən onun etirazını görmədim. Əgər belə bir şey olubsa müəyyən tədbir görəcəyik.  

Xəbər xətti