Anyete: "Problemlər də kifayət qədərdir" MÜSAHİBƏ

16:20 - 17 Aprel 2016

"Qarabağ"ın heyətində elə futbolçular var ki, istənilən vaxtda oyunun taleyini həll edə bilər"
 
Premyer Liqanın XXX turunda "Neftçi” doğma meydanında "Qarabağ”a 2:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi”nin futbolçusu Anyete jurnalistlərin suallarını cavablandırıb:  
 
- Jurnalistlər önünə çıxmamağınıza səbəb nədir?
- Bunun hər hansı xüsusi səbəbi yoxdur. Komandamızın heyətində çox futbolçu var. Bəzən mətbuat önünə çıxırıq, bəzən yox. 
 
- Bəlkə bunun səbəbi ardıcıl məğlubiyyətlərdir...
- Yox, heç bir problem yoxdur. Mən burdayam, istədiyiniz sualı verə bilərsiniz.
 
- Mövsüm ərzində cəmi 1 qol vurmusunuz. Məhsuldar olmamağınıza səbəb  nədir?
- Futbolda belə şeylər olur. Mən iki fərqli 2 il ardıcıl bombardir olmuşam. Ən yaxşı oyunu göstərmək istəyəndə, adətən, alınmır. Bilirəm niyə jurnalistlər hər oyundan sonra mənimlə danışmaq istəyirlər. Uğursuz çıxış etdiyimə görə...Amma mən peşəkar futbolçuyam, burdayam. Məhsuldar olmamağımla bağlı geniş danışmaq fikrim yoxdur. Yalnız onu deyə bilərəm ki, futbolda belə hallar olur. "Neftçi”də əlimdən gələnin ən yaxşısını etmək üçün çalışıram.  Uğursuz çıxışıma səbəblər çoxdur. Problemlər də kifayət qədərdir. Mövsümün əvvəlində zədəm var idi. Sonradan yenə xəsarət almlışdı. Bir tərəfdən də, komanda zəif çıxış edir. 
 
- "Qarabağ”a məğlubiyyətlə bağlı nə deyə bilərsən?
- Biz bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynadıq. Çox çalışdıq, mübarizə apardıq. Amma nəticə istədiyimiz kimi olmadı. 
 
- Lazımi nəticəni qazanmağa "Qarabağ” imkan vermədi?
- Hər dəfə məğlub olanda 2 səbəb olur. 1 – sən rəqibdən zəifsən, 2 – rəqib səndən güclüdür. 
 
- "Qarabağ”ın heyətində hansı futbolçunu fərqləndirə bilərsiniz?
- Kimisə fərqləndirə bilmərəm. "Qarabağ” kollektiv şəkilində mübarizə aparır. "Qarabağ”ın heyətində elə futbolçular var ki, istənilən vaxtda oyunun taleyini həll edə bilər. Buna rəğmən, "Qarabağ” kollektiv futbol oynadığına görə uğur qazanır. 
 
- Bolqarıstan mətbuatı sizin adınızı ən zəif legioner həyatı yaşayan futbolçular siyahısında göstərmişdi. Buna münasibətiniz necədir?
- Bu barədə heç nə deyə bilmərəm. 
 
- Yarımmüdafiəçi kimi daha yaxşı çıxış edirsiniz. Bəlkə hücumçu yox, yarımmüdafiəçi kimi oynayasız...
- Hər şey baş məşqçimizdən asılıdır. O harda desə, o mövqedə də oynayıram.   Mövsüm ərzində hücumçu və cinah oyunçusu kimi də oynamışam. 
 
- Sizin üçün hansı mövqedə oynamaq daha asandır?
- Yarımmüdafiə. 

Xəbər xətti