"İnter" və "Kəpəz" qızıl, "Neftçi" isə gümüş medallara iddiasını rəsmən dayandırdı

00:02 - 19 Aprel 2016

Yalnız "Zirə"...
 
Premyer Liqanın XXX turu arxada qaldı.
 
Sportal.az xəbər verir ki,hesabat turunda bir çox məqamlara aydınlıq gəlib. Belə ki, daha iki iddialı komandanın çempionluq şansı bitmiş oldu.  Söhbət, Gəncədə xalları yarı bölən "İnter” və "Kəpəz” komandalarından gedir. Hər iki komanda "qızıl”a olan iddiasını  XXX turda rəsmən dayandırdı.  Hazırda Premyer Liqada çempionluq uğrunda "Qarabağ” və debütant "Zirə” komandaları arasında qızğın mübarizə gedir. 
 
Bundan başqa "Zirə” "Xəzər Lənkəran” üzərində minimal hesablı qələbə qazanmaqla "Nefçi”nin "gümüş”ə olan iddiasının üstündən xətt çəkmiş oldu.  "Xəzər Lənkəran” isə Azərbaycan çempionatları tarixinin antirekorduna yaxınlaşmaq üzrədir. Cənubluların qələbəsiz oyunlar seriyası 19-a çatdı. 

Xəbər xətti