Çingiz Abdullayev tələb etdi, "Neftçi"də maliyyə yoxlamaları başladı ÖZƏL

11:27 - 19 Aprel 2016

Xaricdən mütəxəssislər dəvət olunub

 

Müstəqillik tarixinin ən bərbad mövsümlərindən birini yaşayan “Neftçi” heç cür toparlana bilmir. Qeyri-peşəkar idarəçilik, tez-tez gerçəkləşən məşqçi dəyişiklikləri, komandanın sönük oyunu bu uğursuzluqlara zəmin yaradıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin istəyi ilə “Neftçi”də maliyyə yoxlamaları başlayıb. Bunun üçün xaricdən mütəxəssislər də dəvət olunub. Etibarlı mənbənin dediklərinə görə, buna Çingiz Abdullayevin klubda maliyyə əməliyyatlarının şəffaf aparılmamasına dair şübhələrinin yaranması səbəb olub. Çünki Abdullayev Müşahidə Şurasının sədri olsa da, klubu Elnur Məmmədov idarə edir, onun idarəçiliyi isə “göz qabağındadır”.

 

Qeyd edək ki, “Neftçi” mövsümün sonuna 6 tur qalmış yalnız “Rəvan”, “Xəzər Lənkəran” və “Sumqayıt”ı qabaqlayaraq 7-ci pillədə yer alıb. 

Xəbər xətti