"Müəyyən güzəştə getməyə hazıram"
“Bakı” klubunda çıxış etmiş futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi haqda məlumat vermişdik.
Rumıniyalı futbolçu bu haqda Sportal.az saytına açıqlama verib:
"Bakı"nın xalının silinməsini indi bildim. Məncə, bu, prosesdə qanuni şəkildə atılmış addımdır. Hazırda klubun mənə 4 aylıq maaş borcu var. Klubdan heç kimlə əlaqə qurmamışam. Bu məsələylə vəkilim məşğul olur. Ümid edirəm, bu məsələ tezliklə yoluna qoyulacaq. Əgər "Bakı" mənə yeni nəsə təklif etsə, müəyyən güzəştə getməyə hazıram. İstəməzdim ki, "Bakı" üçün belə olsun. Amma məni də başa düşsünlər".
saytlarin hazirlanmasi