Tino Pereslə müqavilə yenilənmədi
Futzal üzrə Azərbaycan yığması baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, buna səbəb ispaniyalı Faustino Peresin yığmadan ayrılmağa qərar verməsidi.
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.
AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan millisinin baş məşqçisi təyin olunan Peres yığmamızı əvvəl AVRO-2016-nın 1/4 finalına, ardınca isə tarixində ilk dəfə bu il keçiriləcək dünya çempionatına çıxarıb. Onun adı ötən il üçün dünyanın ən yaxşı yığma məşqçisi adına namizədlər sırasına daxil edilib.
saytlarin hazirlanmasi