Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Rusiya Premyer Liqasında mübarizə aparan klub rəsmiləri Abdullayevin oyununu izləmək üçün Bakıya gəlir. Belə ki, təmsilçilər aprelin 27-si keçiriləcək ölkə kubokunun yarımfinal matçında "Neftçi" - "Qəbələ" duelini stadiondan izləyəcək. Vəli Qasımovun "Neftçi"yə baş məşqçi təyin olunmasından sonra ehtiyat oyunçular skamyasında əyləşən kapitanın da Rusiyada oynamağa müsbət baxdığı bildirilib.