Premyer Liqanın 31-ci turunda "Zirə"ni qəbul edəcək "Neftçi" bu matça ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Araz Abdullayev zədələnib. Onun bu matçda iştirakı gözlənilmir. Bundan əlavə ispniyalı yarımümdafiəçisi Xuan Melli də zədə səbəbindən bu matçı buraxacaq.
Qeyd edək ki, qarşılaşma sabah saat 19:00-da start götürəcək.