"Arazın futbolçu bacarığı istənilən çempionatda oynamağa yetərlidir"
Rusiya klubunun "Neftçi"nin kapitanı Araz Abdullayevlə maraqlanması barədə məlumat vermişdik. Hətta klub rəsmiləri kubokun yarımfinal matçları çərçivəsində keçiriləcək "Neftçi" - "Qəbələ" matçını da canlı izləyəcək.
Klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında Abdullayevin legioner həyatı yaşamasının vacibliyini dilə gətirib:
"Bütün istedadlı futbolçularımızın daha səviyyəli çempionatda oynaması lazımdır. Təəssüf ki, bir çox futbolçular buna can atmır, əziyyət çəkmək istəmirlər. Araz Abdullayev çoxdan legioner həyatı yaşamalıydı. 6 ay Yunanıstan kimi güclü və beşlik ölkələrinin daimi nəzarətində olan çempionatında oynadıqdan sonra geri qayıtdı. Baxmayaraq ki, "Panionios" klubu israrla onun daha 1 mövsüm oynamasını istəyirdi. Ailə səbəbi üzündən geri döndü. Son oyunlarda "Neftçi" nin heyətində çıxış etmir. Bu mənfi haldır. Arazın futbolçu bacarığı istənilən çempionatda oynamağa yetərlidir. Əsas istək və qarşıya qoyulan məqsəd olsun.
"Araz Abdullayev kimi istedadlı futbolçunun son turlarda ehtiyatda qalması nə qədər düzgündür?" sualına isə Süleymanov belə cavab verib:
"Neftçi" komanda olaraq artıq ehtiyatda qalıb. 7-ci yerdə olan tarixi bir klubun ayrılıqda hansısa futbolçusu yox, kompleks müzakirəsi olmalıdır".
saytlarin hazirlanmasi