Armenteros Pupona qovuşa bilər
“Qarabağ”ın forvardı Samuel Armenteros karyerasını Hollandiyada davam etdirə bilər.
Sportal.az-ın əldə etiyi məlumata görə, 25 yaşlı forvardın xidmətində Hollandiyanın “Breda” və Raydell Puponun çıxış etdiyi “Roda” klubları maraqlıdır. Qış fasiləsindən sonra daha çox ehtiyat oyunçular skamyasında əyləşən Armenterosun “Qarabağ”dan ayrılacağı gözlənilir.
Xatırladaq ki, Samuel Armenteros “Qarabağ”da 2015-ci ilin yayından çıxış edir.
saytlarin hazirlanmasi