Fomenko: "Hər hansı sanksiyanın oyunumuza təsiri yoxdur" MÜSAHİBƏ

01:21 - 23 Aprel 2016

"Öz oyunum məni razı salmır"
 
"İnter"in hücumçusu Yuri Fomenkonun "Qarabağ"la matçdan sonra Sportal.az-a müsahibəsi
 
- "Qarabağ” bizdən yaxşı oynadı. Doğrudan da, çox üstün futbol sərgilədirlər.
 
- "İnter” döyüşkən komandadı. Amma bu gün o, döyüşkənliyi görmədik...
- Bu futboldu. Bəzən alınır, bəzən alınmır. 
 
- Mövsümün ilk yarısında çox zəif çıxış edirdin. Qış fasiləsindən sonra isə stabil oyun nümayiş etdirirsən...
- Futbolda bunu başa düşmək olar. Mən məşq edirəm, artırıram. Bu işdə məşqçilərim mənə kömək edirlər. 
 
- Bu gün zəif oynamağınıza səbəb nə idi? Demək olar ki, "İnter” çempionatı yox, kuboku düşünür?
- Hər bir oyuna eyni qaydada, eyni motivasiyada çıxırıq. Çempionat və ya kubok uğrunda mübarizə aparmağımızın fərqi yoxdur. 
 
- Komandanın stabil oynamamağına səbəb nədir? UEFA-nın tətbiq etdiyi sanksiya işinizi çətinə salmır?
- Hər hansı sanksiyanın oyunumuza təsiri yoxdur. Sadəcə, deyə bilərəm ki, bəzən alınır, bəzən alınmır. Futbolda bu başadüşüləndir. 
 
- Mövsüm başa çatmaq üzrədir. Öz oyunundan razısanmı?
- Öz oyunum məni razı salmır. Üzərimdə çox işləməliyəm. 

Xəbər xətti