Kvekveskiri “İnter”dən ayrılacaq?
“İnter”in gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri komandadan ayrıla bilər.
Sportal.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı futbolçunu Qazaxıstanın “Kayrat” və Belçikanın “Ostend” klubları öz heyətlərində görmək istəyir. Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi “Kayrat” klubu Kvekveskirini heyətinə qatmaqda israrlıdır.
Xatırladaq ki, Nika Kvekveskiri 2015-ci ilin yayından etiabrən “İnter”də çıxış edir.
saytlarin hazirlanmasi