"Bu suala indi cavab vermək istəməzdim"
Millimizin baş məşqçisi Robert Prosineçki "Neftçi" - "Zirə" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyundan tam razı qalmadım. 90 dəqiqə ərzində qapılara zərbə demək olar vurulmadı. Hiss olunurdu ki, "Zirə" 1 xala oynayır. Bir sözlə, hər iki komanda zəif oynadı.
- Oyundan narazı qaldınız yoxsa futbolçuların çıxışından?
- Oyundan çox narazı qaldım. Futbolçular 90 dəqiqə ərzində qapıya 2-3 zərbə vurdu.
- Ruslan Qurban son zamanlar çox tənqid olunur. Bəs, Qurbanovun çıxışı sizi qane edirmi?
- Tək Ruslanı deyə bilmərəm. Meydandakı bütün futbolçulardan narazıyam. Komandalar öz səviyyələrindən aşağı çıxış etdilər. "Xəzər Lənkəran" - "Qəbələ" (0:1) oyunu izlədim. "Qəbələ" qalib gəlsə də, parlaq oyun nümayiş etdirmədi. Amma mən "Qəbələ"dən daha məzmunlu oyun gözləyirdim.
- Avstriya toplanışında millinin heyətində yeni futbolçular olacaq?
- Bu suala indi cavab vermək istəməzdim. Hələ ki, gözləməliyik.
- Millimizin yoldaşlıq oyunları üçün 2 rəqibi məlumdur. 3-cü komanda ilə danışıqlar aparılır?
- Ad çəkmək istəmirəm. Amma danışıqlar gedir. Hələ tam bilinmir.
- Milli komandamızda hücumçu problemi var. Almaniyada stabil oyun nümayiş etdirən Rüfət Dadaşov sizin diqqətinizi cəlb etmir?
- Dadaşov 5-ci liqada oynayır. Əgər Rüfəti milliyə dəvət etsəm, onda Azərbaycan çempionatını dayandıraq.
- Bəlkə mövsümün sonu yaxınlaşdığı üçün futbolçular zəif oynayırlar...
- Həftə ərzində 1 oyun keçirən futbolçunun yorğunluğundan danışmaq olmaz. Avropada klublar həftədə 2 oyun keçirirlər. Bizim oyunçular niyə yorğun olmalıdırlar? Bu barədə danışmayaq.
saytlarin hazirlanmasi